Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfirini qəbul edib

Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Mixael Kindsqrabı qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan və Almaniya arasında münasibətlərin perspektivləri, mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı üçün əməkdaşlıq məsələləri müzakirə olunub.

Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncamı və alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin YUNESKO-nun yubileylər proqramı daxil edilməsinin iki ölkə arasında münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin dərinləşməsində rolunu qeyd edib.

Səfir Mixael Kindsqrab təşəkkürünü bildirmiş, bu addımın Almaniya və Azərbaycan arasında münasibətlərin dərinləşməsinə töhfə verəcəyindən əmin olduğunu bildirib. Görüşdə həmçinin müxtəlif layihələr, turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşün sonunda nazir Əbülfəs Qarayev səfir Mixael Kindsqrabı 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə