Azərbaycanlı rejissor restoranda öldü

Azərbaycanlı rejissor restoranda öldü

Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib. SİA-nın məlumatına görə, rejissor aktrisa Nahidə Orucovanın 55 illik yubileyi qeyd olunan Bakıdakı restoranların birində vəfat edib. Məclisdə iştirak edən Ə. Kazımovskinin vəziyyəti qəfil pisləşib və rejissor dünyasını dəyişib.

Qeyd edək ki, Ə. Kazımovski "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. filmlərin müəllifi idi. O, uzun illər AzTV-də çalışıb.

Ə. Kazımovski bəstəkar Rauf Kazımovskinin oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə