Şəki Teatr Festivalına xarici turistlər böyük maraq göstərir FOTOLAR

Şəki Teatr Festivalına xarici turistlər böyük maraq göstərir FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı gerçəkləşən "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı davam edir. SİA-nın məluimatına görə, festivalda yeddi ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran və Birləşmiş Ərəb Əmirlikləri) 12 teatrı iştirak edir. Tamaşaların 8-i Şəki şəhərində, 3-ü Mingəçevirdə, 1-i isə Bakıda göstəriləcək. Sentyabrın 16-da, festivalın ikinci günü Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əl-ƏhliTeatrı Şəki Dram Teatrının səhnəsində "Mirvari günlər" tamaşasını təqdim edib.

Müəllifi və quruluşçu rejissoru Naci Əlhay olan səhnə əsəri müflisləşmiş Lulu adlı qadınla, onun İngiltərədə təhsil almış, balerina olmaq istəyən, amma yoxsullaşmış valideyninə qulluq etmək üçün vətənə qayıtmağa məcbur olan qızı Süzanın mübahisələri və firavanlıq içində keçmiş günlərin xatirələri üzərində qurulub. Rolları Bədriyyə Əhməd və Budur Muhəmməd oynayıb.Tamaşadan sonra Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından qonaqlara festivalın diplom və xatirə hədiyyəsi təqdim edilib.Həmin gün festivalın daha bir iştirakçısı - İran İslam Respublkasının "Neğab" teatrı Mingəçevir Dövlət Dram Teatrının səhnəsində çıxış edib. Onlar X.Təqiani Purun "Kütləvi xoşbəxtlik" tamaşasını göstəriblər. Sentyabrın 17-də Şəki səhnəsi ukraynalı qonaqların ixtiyarında olacaq.

Xarkov şəhərindən gəlmiş kollektiv "Teatr Prekrasnıye Svetı" ("Gözəl çiçəklər teatrı") "Piy" tamaşası ilə çıxış edəcək.

Məlumat üçün bildirək ki, festival çərçivəsində Şəkidə və Mingəçevirdə nümayiş etdirilən tamaşalara 140 nəfər əcnəbi turist iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə