Nazirdən Niyazinin Mənzil Muzeyinin rəhbərinə sərt xəbərdarlıq FOTOLAR

Nazirdən Niyazinin Mənzil Muzeyinin rəhbərinə sərt xəbərdarlıq FOTOLAR

Xəbər verdiyimiz kimi bu il də ənənəvi olaraq "Üzeyir Musiqi Günü" keçirilir. SİA-nın məlumatına görə, bu münasibətlə Azərbaycan Dövlət Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, eləcə də bir sıra incəsənət və ictimaiyyət xadimləri görkəmli bəstəkarın Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər.

Nazir və mədəniyyət xadimləri maestro Niyazinin məzarını da ziyarət etmək istəyib. Nazir məzara yaxınlaşanda xoşagəlməz hadisə ilə qarşılaşıblar. Belə ki, maestronun məzarını baxımsız halda olduğunun şahidi olub. Bunu görən nazir, Fəxri Xiyabanının işçilərini, eləcə də Niyazinin Mənzil Muzeyinin rəhbəri Alla Bayramovaya irad tutaraq, məzarlığın təcili olaraq təmizlənib, yaxşı vəziyyətə gətirilməsini tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə