Şuşa Teatrı 143–cü teatr mövsümünü açır

Şuşa Teatrı 143–cü teatr mövsümünü açır

Şuşa Dövlət Musiqili Dram Teatrı 143–cü Teatr Mövsümünü "Solğun çiçəklər" tamaşası ilə açacaqdır. SİA-nın məlumatına görə, tamaşa sentyabrın 20-də, saat 17:00-da olacaq.

Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar Artist Azad Məmmədovdur. Rollarda Rasəf Mehdiyev (Bəhram), Dürdanə Dünyamalıyeva (Sara), Xanirə İsgəndərova (Gülnisə), Vüsalə Məmmədzadə (Pəri), Zahid Mehdiyev (Əbdül) iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə