Füzuli Dövlət Dram Teatrı XXVIII mövsümünü Ş.Qurbanovun "Olmadı elə, oldu belə" əsəri ilə açıb. SİA-nın məlumatına görə, tamaşa "N" saylı hərbi hissənin əsgər və zabitlərinə təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Sehran Xanlarov, Qaçaq Qarayev, Məryəm Məmmədova, İntizar Quliyeva, Vaqif Rəhimov, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, Aygün Cəfərova, Vüqar Babayev və başqaları çıxış edib.
Tamaşa qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB