Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs Milli kitabxanada
Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs və ikinci katib Leva Majore M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar.
Kitabxanadan SİA-ya bildirilib ki, görüş zamanı səfir Latviya parlamentinin spikeri xanım İnara Murnietsenin Azərbaycana səfər edəcəyini və səfər zamanı bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyini qeyd edib. Onun sözlərinə görə bu görüşlərin birinin Milli Kitabxanada geniş ictimaiyyətin iştirakı ilə təşkili və tədbir zamanı Latviyaya həsr olunmuş sərginin açılması nəzərdə tutulub.
Bununla yanaşı, diplomat iki ölkə milli kitabxanaları arasında əməkdaşlıq münasibətlərindən söhbət açıb və gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıb.
Sonda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara Həsən Həsənovun "Qız qalası" kitabını hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB