Bilik günü münasibəti ilə Mingəçevir Turizm Kollecində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov təhsilin inkişafı naminə dövlət səviyyəsində atılan məqsədyönlü addımlardan və tətbiq olunan yeniliklərdən söhbət açıb. Həmçinin, turizmin qeyri neft sektorunun ən perspektivli sahələrindən biri hesab edildiyini və bu sahədə kadrların yetişdirilməsində Mingəçevir Turizm Kollecinin rolunu xüsusi qeyd edib. Tədbir pedaqoji heyətin çıxışları ilə davam edib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB