"Atlas Festivalı"nda Azərbaycan kəlağayıları və ipəyi nümayiş etdirilib FOTOLAR
YUNESKO-nun Özbəkistan təmsilçiliyi və Özbəkistan Respublikasının Mədəniyyət və İdman Nazirliyi, Fərqanə Vilayət Hakimiyyətinin birgə təşkilatçılığı ilə cari ilin 6-10 sentyabr tarixlərində Özbəkistanın Margilan şəhərində "Atlas Festivalı" keçirilib. SİA-nın məlumatına görə, festivalda Özbəkistanın müxtəlif regionlarında ipəkçilik sahəsində fəaliyyət göstərən sənətkarlar, habelə Margilanın ipəkdən hazırlanmış parçalar, milli geyimlər nümayiş olunub.
Tədbir çərçivəsində Özbəkistanın ipəkçilik ənənəsi, bu sahədə Özbəkistanın əldə etdiyi nailiyyətlərə həsr olunmuş konfrans keçirilib, müxtəlif dizaynda hazırlanmış Özbək ipəkləri sərgilənib.
Qeyd edək ki, tədbirdə iştirakçı kimi Özbəkistanda fəaliyyət göstərən bir sıra xarici ölkələrin nümayəndəlikləri iştirak ediblər.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB