"Qırmızı bağ" bədii filmi 12-ci Avrasiya Beynəlxalq Film Festivalında
Mirbala Səlimlinin "Qırmızı bağ" bədii filmi 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına dəvət alıb. SİA-nın məlumatına görə, bu barədə məlumatı "Azərbaycanfilm" kinostudiyası yayıb. Festival sentyabrın 24-dən 30-dək Qazaxıstanın Almatı şəhərində baş tutacaq. Festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli iştirak edəcək. Qeyd edək ki, Azərbaycan və Rusiyanın birgə istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində lentə alınıb. Ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və Timur Vaynşteyndir ("WeiT Media"). Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova və Taleh Bədiyev və digərləri canlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB