Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TURKSOY) baş katibi Düsen Kaseinov ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Şəkidə keçiriləcək "Üç Məkan" II Şəki Beynəlxalq Teatr Festivalının Türkdilli ölkələr üçün əhəmiyyətindən söhbət açılmış, eləcə də ölkəmizlə təşkilat arasında olan əməkdaşlıq əlaqələri müzakirə edilib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov səmimi qəbula görə Nazirə təşəkkürünü bildirib. 2016-cı il tarixində Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulamış və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB