Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi II Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində maraqlı tamaşalar təqdim edəcək. SİA-nın məlumatına görə, sənət ocağı sentyabrın 16-da İranın "Nəğab teatrı"nda "Kütləvi xoşbəxtlik", sentyabrın 18-də Gəncə Dövlət Dram Teatrında "Dəli yığıncağı" və sentyabrın 20-də Azərbaycan Dövlət Rus Dram Teatrında "Yeddi gözəl" əsəri əsasında səhnələşdirilən tamaşalarla çıxış edəcək.
Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 15-də görkəmli rus yazıçısı H.V.Qoqolun "Müfəttiş" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB