Gənc rəssamın fərdi rəsm sərgisi açılacaq

Gənc rəssamın fərdi rəsm sərgisi açılacaq

Bakıda gənc rəssam Afət Bağırovanın retrospektiv fərdi rəsm sərgisi açılacaq. SİA-nın məlumatına görə, sərgidə rəssamın müxtəlif mövzulu sənət əsərləri nümayiş olunacaq. Ekspozisiyaya təqdim olunacaq sənət əsərləri rəssamın 4 illik zəhmətinin bəhrəsidir. Rəssam əsərlərində vizual surətlərdən istifadə edərək anlayışımızda xaos yaradır. Hər əsərin dəqiq bir məna daşıması məcburiyyətində olmasına əmin olmağımız bizi məntiqi labirintə salır, rəssam isə bu labirinti sındırmağa cəhd edir. Onun əsərlərində heç bir hadisə izah olunmur.

Fırça ustası sənət əsərlərində ən çox müasir quraşdırmalar ilə eksperiment apararaq foto və video janrlarına üstünlük verir.

Qeyd edək ki, hər kəsin iştirak edə biləcəyi sərgi oktyabrın 2-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə