Rus Dram Teatrının səhnəsində "Afina gecələri"

Rus Dram Teatrının səhnəsində "Afina gecələri"

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 96-cı teatr mövsümünü Pyotr Qladilinin "Afina gecələri" lirik komediyası ilə açacaq. SİA-nın məlumatına görə, tamaşa sentyabrın 16-da nümayiş etdiriləcək. Ötən mövsümdə premyerası təqdim edilən tamaşanın quruluşçu rejissoru, xalq artisti Aleksandr Şarovskidir. Tamaşada xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Yevgeniya Nevmerjitskaya və Nataliya Şarovskaya ifa edir. Rollarda Rus Dram Teatrının aktyorları Oleq Əmirbəyov, Natəvan Hacıyeva çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə