Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi ötən mövsümdən cənub bölgəsinin mədəniyyət müəssisələrinə başladığı hamilik köməyini davam etdirməkdədir. SİA-nın məlumatına görə, teatrın rəhbərliyi Cəlilabad rayonunda xalq teatrının kollektivi ilə görüşüb. Görüşdə bir daha Lənkəran teatrı ilə rayonun mədəni maarif müəssisələrinin, o cümlədən xalq teatrının əlaqələrinin qurulmasının vacibliyindən söz açılıb.
Lənkəran teatrının rəhbərliyi çıxışı zamanı kollektivdə istedadlı aktyorlara ciddi ehtiyacın duyulduğunu qeyd edərək, Cəlilabad Xalq Teatrının aktyorlarının imkanlarından gələcəkdə istifadə olunacağını diqqətə çatdırıb.
Daha sonra xalq teatrının hazırladığı M.F.Axundzadənin "Hacı Qara" komediyasının məşqləri izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB