Ədalət Vəliyev Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb

Ədalət Vəliyev Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb

Azərbaycan mədəniyyət və turizm nazir müavini Ədalət Vəliyev ilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi arasında görüş keçirilib. SİA-nın məlumatına görə, nazir müavini Ə.Vəliyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi ilə görüşüb.

Görüş zamanı cari ilin sonunda İran İslam Respublikasında keçirilməsi nəzərdə tutulan Azərbaycan Mədəniyyət Günləri ilə əlaqədar təşkilati məsələlər müzakirə edilib.

Sözügedən mərkəzlə Mədəniyyət və Turizm Nazirliyi arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, incəsənət sahəsində əməkdaşlıq üçün geniş potensialın mövcudluğu, həmçinin əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə