“Ustada ehtiramla” kitabının təqdimatı olub FOTOLAR

“Ustada ehtiramla” kitabının təqdimatı olub FOTOLAR

Bülbülün Memorial Muzeyində görkəmli vokal ifaçısı, xalq artisti Mobil Əhmədovun 85 illik yubileyi və əməkdar artist Ramil Qasımovun "Ustada ehtiramla" adlı kitabının təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya bildirilib ki, muzeyin direktoru Fərqanə Cabbarova Mobil Əhmədovun Azərbaycan professional vokal sənətinin banisi Bülbülün sinfində təhsil aldığını, Bülbül məktəbinin davamçısı olduğunu vurğulayıb. Hər iki dahi sənətkarımızın xatirələri yad edilib.

Tədbirdə "Mədəniyyət" kanalının baş direktoru, Əməkdar Artisti Ramil Qasımov Mobil Əhmədovun həyat və yaradıcılığından geniş söhbət açıb.

Həmçinin tədbirdə iştirak edən qonaqlar dahi sənətkar haqqında xatirələrini bölüşüblər.

Tədbir zamanı Mobil Əhmədovun ifaları səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə