Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Yuri Polyakovun "Xalam bundu" komediyasının premyerası olacaq. SİA-nın məlumatına görə, oktyabrın 30-da nümayiş etdiriləcək tamaşanın quruluşçu rejissoru, Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovskidir. Tamaşada baş rolları xalq artistləri Məbud Məhərrəmov, Aleksandra Nikuşina, Səfa Mirzəhəsənov, əməkdar artistlər Fuad Osmanov, Mələk Abbaszadə, Salman Bayramov həmçinin, Rus Dram Teatrının aktyorları Mariya Dubovitskaya, Tamilla Abutalıbova, Oleq Əmirbəyov, İbrahim Çingiz, Yaqub Zeynalov, Cavid İmamverdiyev, Yaroslav Trifonov ifa edəcək. Tamaşanın bəstəkarı Azərbaycanın əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, dekor üzrə rəssam əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam əməkdar mədəniyyət işçisi Olqa Abbasova , mahnıların müəllifi Cavid İmamverdiyevindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB