Nazir İndoneziyanın nümayəndə heyətini qəbul edib FOTOLAR

Nazir İndoneziyanın nümayəndə heyətini qəbul edib FOTOLAR

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İndoneziyanın Xalq Konsultativ Konqresinin sədr müavini Osman Sapta Odanq, parlament nümayəndələri, palatanın baş katibi və İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananienidən ibarət nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Nazir Əbülfəs Qarayev İndoneziya ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin inkişafından və həyata keçirilən əməkdaşlıq layihələrindən söz açıb. Həmçinin, qeyd edib ki, Azərbaycan mütəmadi olaraq İndoneziyada mədəniyyət və turizm sahələrində keçirilən beynəlxalq konfranslarda, sərgilərdə və bir sıra tədbirlərdə yaxından iştirak edir.

Fikir mübadiləsi zamanı Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən Azərbaycan üçün turizm baxımından prioritet hesab olunan ölkələr, o cümlədən İndoneziyadan gələn turistlərə hava limanlarında sadələşdirilmiş qaydada viza rejiminin tətbiq olunması haqqında söhbət açılıb və qarşılıqlı turist mübadiləsinin artırılmasının vacibliyi vurğulanıb.

Qəbula görə təşəəkkürünü bildirən sədr müavini Azərbaycana səfərindən məmnunluğunu ifadə edib və gələcəkdə əlaqələrin daha da inkişafı üçün qısa zamanda hər iki ölkənin turizm assosiasiyaları arasında əməkdaşlıq memorandumunun hazırlanması ilə müvafiq işlərin aparılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə