Mədəniyyət sahəsinin inkişafı naminə beynəlxalq əməkdaşlıq FOTOLAR
"Twinning" layihəsinin yerli koordinatoru, maddi-mədəni irs üzrə italiyan mütəxəssisi Alessandro Bianchi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları ilə görüşüb. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ramil Abbəkirovun, Mərkəzin direktoru Asif Usubəliyevin, Mərkəzin sektor müdirləri İrina Özçoban və Günay Süleymanovanın iştirakı ilə keçirilən görüşdə birgə əməkdaşlıq imkanları müzakirə olunub.
A.Bianchi qeyd edib ki, "2014 Mədəniyyət Konsepsiyası" Azərbaycanı əhatə edəcək, onun mədəniyyət siyasətinin xəritəsini yaradacaq yeni iddialı bir konsepsiyasıdır. Belə layihələr Avropanın inkişafında gedən maraqlı proseslərin tərkib hissəsidir. Məqsədimiz isə regionlardaki klub, kitabxana, muzeylərdə müxtəlif treninqlər, kurslar keçirmək vasitəsi ilə kənd əhalisinin xüsusilə gənclərin mədəni proseslərə cəlb edilməsidir.
A.Usubəliyev Mərkəzin iş planından və keçirilən tədbirlərdən söhbət acaraq mədəniyyət və turizm sektorlarının inteqrasiyasından danışıb. Direktor qeyd etdi ki regionlardaki mədəniyyət ocaqlarında təşəbbüskar mühitin yaradılmasında və tərəqqi məzmunlu yeniliklərin tətbiqində bu kimi layihələrin rolu əvəzolunmazdır.
Aparılmış danışıqlar nəticəsində bir sıra məsələlərlə əlaqədar razılıqlar əldə olunub və tərəflər birgə çalışmaq qərarına gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB