Gənc mədəniyyət işçiləri arasında mini futbol turniri

Gənc mədəniyyət işçiləri arasında mini futbol turniri

Cari ilin 16 sentyabr tarixində Şamaxı şəhərində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən regional mədəniyyət və turizm müəssisələrində çalışan 35 yaşa qədər olan gənc mədəniyyət işçiləri arasında mini futbol yarışının keçirilməsi nəzərdə tutulub.

"Gənc mədəniyyət işçilərinin ilk kuboku"nun keçirilməsinin məqsədi mədəniyyət və idman sintezi çərçivəsində sağlam həyat tərzinin təbliği, müxtəlif rayonlarda mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət əməkdaşlarının fəaliyyətinin stimullaşdırılması, onlar arasında sıx yoldaşlıq əlaqələrinin yaradılmasıdır.

Respublikamızın 45-dən çox rayonunu təmsil edəcək gənc mədəniyyət işçiləri 8 regional komandalara bölünəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə