Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzdə iclas keçirilib FOTOLAR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzində Azərbaycan Respublika Prezidenti İlham Əliyevin imzalandığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncama, habelə cari ilin ikinci yarısında görülməsi nəzərdə tutulmuş işlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib. SİA-nın məlumatına görə, mərkəzin direktoru Asif Usubəliyev iclası acaraq bildirib ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən ölkəmizin turizm sektorunun inkişafında daha böyük nailiyyətlər əldə etmək, bu istiqamətdə rəqabəti artırmaq və irəliləyişi təmin etmək bizim siyasi prioritetlərdən biridir. Biz də Mərkəz olaraq bütün potensialımızı bu istiqamətə yönləndirərək yeni ideya və təkliflər təqdim etməklə müasir turizm sənayesinin inkişafına öz töhfələrimizi verməliyik.
A.Usubəliyev vurğulayıb ki, bu sahədə birgə layihələri həyata keçirmək üçün Mərkəzdə müxtəlif işçi qrupları yaradılacaq və zəruri tədbirlər görüləcəkdir. Bununla yanaşı, Mərkəzin ikinci yarımil üzrə iş planında nəzərdə tutulan tədbirlər də geniş müzakirə edilib.
Sonda qeyd olunanlar ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB