Əməkdar artist Amsterdamda səhnəyə çıxacaq

Əməkdar artist Amsterdamda səhnəyə çıxacaq

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının simfonik–estrada orkestrinin bədii rəhbəri, Əməkdar Artist Salman Qəmbərov Almaniyada konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, "Bütün şərq ölkələrindən ulduzlar" adlı layihə çərçivəsində baş tutan konsert proqramı Almaniyanın Osnabryuq şəhərində reallaşıb. Konsertdə dünya bəstəkarlarının əsərləri və ayrı-ayrı klassik caz musiqisinin nümunələri əsasında improvizələr səsləndirilib.

Həmçinin, konsert proqramında fransalı məşhur tuba ifaçısı Mişel Qodar həmyerlimizlə eyni səhnəni bölüşüb.

Qeyd edək ki, Salman Qəmbərov Niderlandın paytaxtı Amsderdamda da konsert proqramı ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə