Gənc Tamaşaçılar Teatrının kollektivi səfərlərə hazırlaşır FOTOLAR
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni 89-cu teatr mövsümünün ilk premyeralarını (17 sentyabr "Tülkü, tülkü tünbəki" və 18 sentyabr "Qohumlar) təqdim etdikdən sonra cari ilin oktyabr-noyabr aylarında dörd Beynəlxalq Teatr Festivalında iştirak edəcək. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi oktyabr ayında RF-nın Perm şəhərində baş tutacaq II Beynəlxalq Martin MakDonax Teatr Festivalında və Vilnus və Visaqinas (Litva) şəhərlərində keçiriləcək "Atspindys" XI Beynəlxalq monotamaşalar festivalında iştirak etmək üçün dəvət alıb.
Kollektiv noyabr ayında isə Moldova Respublikasının Kişinyev şəhərində keçiriləcək "Moldfest.Rampa.Ru" VIII Beynəlxalq Teatr Festivalında, eləcə də RF-nın Kalmıkiya Respublikasında fəaliyyət göstərən Kalmık Milli Dram teatrında qastrol səfərində olacaq.
Oktyabrın 2-dən 7-ə dək Gənc Tamaşaçılar Teatrının kollektivi RF-nın Perm şəhərində II Beynəlxalq Martin MakDonax Teatr Festivalında Martin MakDonaxın "Lineynin trilogiyası"na daxil olan "Gözəllik kraliçası" tamaşası ilə çıxış edəcək.
Oktyabr ayının 11-dən 17-dək Vilnus və Visaqinas (Litva) şəhərlərində baş tutacaq "Atspindys" XI Beynəlxalq monotamaşalar festivalında kollektiv S.Bekketin "Sössüz" Monotamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru İsa Əsədov, ifaçı - əməkdar artist Şövqü Hüseynovdur.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB