“Qafqaz Albaniyası – əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz” FOTOLAR
"Bakı Gənclər Klubu" İctimai birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə "Qafqaz Albaniyası – əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz" adlı layihənin icrasını həyata keçirir. SİA-nın verdiyi xəbərə görə, layihənin əsas məqsədi – gənclərin Qədim Qafqaz Albaniyası tarixinə, mədəniyyətinə və ümumiyyətlə milli irsimizə marağını artırmaq, gənclər arasında əsrlərdən miras qalmış tarixi və mədəni irsimizi təbliğ etmək və yerli əhalini bu qiymətli abidələrin qorunmasına cəlb etməkdən ibarətdir .Əldə etdiyimiz bütün bu qiymətli, maraqlı tarixi məlumatları əyani vəsaitlərdə çap etmək və gələcəkdə həmin nəşrləri məktəbli və tələbələr arasında yaymaq, həmçinin sərgilər təşkil etmək planlaşdırılır.
Layihə çərçivəsində müxtəlif regionlardan olan gənclərin iştirakı ilə respublikamızın şimal-qərb - Şəki, Qax, Qəbələ, Oğuz rayonlarına təşkil olunacaq yay tarixi düşərgəsinin açılış tədbiri Şəki şəhəri "Cənnət Bağı" istirahət mərkəzində keçirilib.
Tədbirin açılış mərasimində "Bakı Gənclər Klubu" İctimai Birliyinin sədri Azər Cavadov öz nitqində Şəki rayon İcra Hakimiyyəti rəhbəri Elxan Usubova göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib, layihənin məqsədi və gedişatı haqqında geniş məlumat verib.
Açılış nitqindən sonra Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Mirvari Zeynalova layihə iştirakçılarını salamlayıb, "Bakı Gənclər Klubu" İctimai birliyinə tariximizlə bağlı belə layihənin keçirilməsinin səmərəsini, layihənin gənclər üçün vacib olduğunu vurğulayıb və davamlı olmasını arzulayıb. Tədbirin digər qonağı Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vuqar İskəndərov gənclərə Şəki şəhərinin nəinki Qafqaz Albanıyası ilə bağlı, həmçinin, Azərbaycan tarixi ilə bağlı gələcəkdə də digər layihələrin keçirilməsini məqsədə uyğun olduğunu qeyd edib və dövlət qurumlarının bu sahədə keçirilən layihələrə dəstəyini xüsusi vurğulayıb.
"Bakı Gənclər Klubu" İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. "BGK" İB "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu", "Azərbaycan Kiber İdman Federasiyası" və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təsisçisi və fəal üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB