YARAT Freestayl və yenicə fəaliyyətə başlamış "Bakı tanqo on" məktəbi musiqisevərlərə möhtəşəm tanqo gecəsi təqdim edib. SİA-nın məlumatına görə, gecədə peşəkar rəqqasların ifasında tanqo müxtəlif formalarda nümayiş etdirilib.
Bu şou paytaxt sakinlərinə Yarat Müasir İncəsənət Məkanında təqdim olunub. Musiqi gecəsi Maxo Martirena (Uruqvay) və Rodriqo Fonti (Argentina) iştirakları ilə baş tutub. Onlar dünyanın bir çox şəhərlərində keçirilən tanqo festivallarında rəqqas kimi çıxış etməklə yanaşı, peşəkar tanqo dərslərinin tədrisi ilə də məşğul olurlar.
Musiqi gecəsi maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB