YARAT film klubu rejissor Bencamin Rinin "Maqnus" adlı filmini təqdim edəcək. SİA-nın verdiyi xəbərə görə, film YARAT Müasir İncəsənət Məkanında ingilis dilində nümayiş olunacaq. "Maqnus" sənədli filmi 25 yaşlı Norveç şahmatçısı və mütləq dünya çempionu, "Şahmatın Mosartı" adlandırılan məşhur Maqnus Karlsenin şəxsiyyətinə həsr olunub. Uzun illər boyu rejissorlar müasir dahilərin daxili dünyalarına nüfuz etməyə can atırlar.
Şahmatçının uşaqlıq illərinin ən uğursuz məqamlarından ən ciddi nailiyyətlərinə qədər keçdiyi həyat yolunu əks etdirən ekran əsəri hər bir tamaşaçını igidliyə, qəhrəmanlığa ilhamlandırır.
"Maqnus" hər şeydən əvvəl, dünyanı qabaqlamış və böyüklüyə, dahiliyə yol açmış gənc oğlanın unikal həyat tarixçəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB