Sumqayıt Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi Azərbaycan Respublikası Sərhəd Qoşunlarının yaranmasının 97-ci ildönümü münasibəti ilə "N" saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Sərhəd Qoşunlarının yaranması və fəaliyyəti haqqında geniş məlumat verilib və şəxsi heyətə təbriklər səslənib.
Daha sonra "Xəyal" instrumental ansamblının müşayiəti ilə solistlər Allahverdi Xəyal, Vüsalə Hüseynova, Fidan Nağıyeva, Mehdi Yusifzadə, Elşən Quliyev, gənc müğənnilər İlkin Əlizadə və Kamil Ağazadənin ifasında xalq və bəstəkar mahnıları hərbçilər tərəfindən alqışlarla qarşılanıb.
Meyxanaçı Ədalət Dağlının və 4 saylı diyarşünaslıq klubun "Beqa" rəqs ritm qrupu üzvlərinin çıxışı tədbirə xüsusi ovqat qatıb.
Konsertin sonunda Sərhəd Qoşunları komandanlığı tərəfindən Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov və Şəhər Mədəniyyət Evinin direktoru Elnarə Rəşidova fəxri fərmanla təltif edilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB