Bu gün Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında milli kino sənətimizin inkişafında öz yeri olan, yüksək mədəniyyəti, sadəliyi ilə seçilən rejissor Rafiq Dadaşovun 70 yaşı tamam olur. SİA-nın verdiyi xəbərə görə, 1963-cü ildə rejissor köməkçisi kimi əmək fəaliyyətinə başlayan Rafiq Dadaşov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək yolu keçib. O, qısa bir vaxt ərzində "Yenilməz batalyon", "Sən nə üçün susursan?", "Torpaq. Dəniz. Od. Səma", "Bir cənub şəhərində" kimi bədii filmlərdə rejissor köməkçisi, "Səmt küləyi", "1001-ci qastrol", "Dantenin yubileyi", "Yarımçıq qalmış serenada", "Yol əhvalatı", "Uzun ömrün akkordları", "Qəm pəncərəsi", "Ötən ilin son gecəsi" və s. bədii filmlərdə 2-ci rejissor qismində yüksək iş qabiliyyəti, özünə qarşı tələbkarlığı, profesionallığı ilə təkcə çəkiliş qrupunun deyil, kinostudiyanın bütün kollektivinin hörmətini qazanıb. Bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan adları sadalanan bu və bir çox başqa filmlərin uğur qazanmasında Rafiq Dadaşovun xüsusi əməyi var.
Rafiq Dadaşovun keçdiyi bu məhsuldar yaradıcılıq yolundakı uğurları layiqincə qiymətləndirilib və 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB