Toğrul Hüseynlinin Hollandiya uğuru FOTOLAR

Toğrul Hüseynlinin Hollandiya uğuru FOTOLAR

Hollandiyanın Bergen, Alkmar, Teksel, Sxagen və digər 13 şəhərində keçirilən 27-ci "The İnternational Holland Music Sessions" festivalı çərçivəsində Toğrul Hüseynli 4 solo konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, Toğrul Hüseynli bu möhtəşəm festivalın açılış konsertində solo proqramla çıxış edib. İfaçını konsertdə anşlaqla qarşılayıblar. Bundan əlavə Toğrul Hüseynlinin Bergen şəhərindəki "Ruinekerk" kilsəsində verdiyi konsert də uğurla yekunlaşıb.

Digər 3 konserti də Hollandiyanın aparıcı konsert salonlarından sayılan Sxagen qəsrində, Den Horn, Hervormde kilsələrində keçirilib. Azərbaycanlı pianoçu bu konsertlərini çox böyük uğurla yekunlaşdıraraq Hollandiya tamaşaçısı qarşısında möhtəşəm təəssürat yaratmasına səbəb olub. Toğrul Hüseynli bu konsertlərdə V.A.Motsartın, F.Şubertin, R.Şumanın, S.Prokofyevin iri həcmli əsərlərini səsləndirib.

Toğrul Hüseynli öz təəssüratlarını bölüşüb: "Bu festivala dəvət almağım mənim hazırki karyeramda bir pillə də yüksəlməyimin nəticəsidir. Son illər ərzində Almaniyada qazandığım uğurlar və əldə etdiyim müsabiqə qələbələri mənim professional konsert ifaçısı kimi bu cür möhtəşəm musiqi tədbirlərinə dəvət almağıma səbəb olub".

Qeyd edək ki, bu festival həcmi və iştirakçı sayına görə Niderland Krallığının ən böyük klassik musiqi festivalı sayılır. Təkcə onu vurğulamaq lazımdır ki, buraya 1 aydan artıq müddətdə dünyanın 42 ölkəsindən 3 musiqi aləti üzrə (fortepiano, skripka və violençel) 100-dən artıq iştirakçı qatılır. Bu festival çərçivəsində ilk 3 həftə ərzində dünyanın ən mötəbər Ali Musiqi Məktəblərindən professorlar ustadlıq dərsləri verirlər. Bu musiqiçilər arasında Mixail Voskresenski (Moskva Konservatoriyası, Rusiya), Andreas Flörix (Köln Musiqi Akademiyası, Almaniya), Matti Raekallio (Julyard Ali Musiqi Məktəbi, ABŞ), Boris Berman (Moskva Konservatoriyası, Rusiya) və digər məşhur musiqiçilər yer alırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə