YARAT Müasir İncəsənət Məkanının nəzdində fəaliyyət göstərən "YARAT Friends" üzvlük platforması yay tətilinə yekun vuran musiqili tədbir ilə yeni mövsümü açıq elan edib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə YARAT mərkəzinin PR direktoru və "YARAT Friends" üzvlük platformasının rəhbəri Hökümə Kərimova çıxış edərək bildirib ki, layihənin məqsədi platforma üzvlərinin cəmiyyətimizə birlikdə töhfə vermək və müasir incəsənət anlayışını daha geniş kütləyə çatdırmaqdan ibarətdir.
Bildirilib ki, tədbirin bədii proqramı platformanın aktiv üzvü Sevinc Ağasıyeva tərəfindən hazırlanıb.
Qeyd edək ki, proqram sentyabrdan başlayaraq geniş müstəvidə fəaliyyətdə olacaq.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB