“Hədiyyə” qısametrajlı bədii filminin nümayişi keçiriləcək

“Hədiyyə” qısametrajlı bədii filminin nümayişi keçiriləcək

Yarat Müasir İncəsənət Mərkəzində Emin Əfəndiyevin "Hədiyyə" qısametrajlı bədii filminin nümayişi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Yarat Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.

Qeyd edək ki, "Hədiyyə" bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan "40-cı paraleldə" kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

"Hədiyyə" filminin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Azər Əsgərov, bədii rəhbəri Eldar Quliyev, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı və digərləri canlandırırlar.

Qeyd edək ki, giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə