Bakıda "Ev heyvanlarının sirli həyatı" cizgi filminin motivləri əsasında əyləncəli interaktiv tamaşa təqdim olunacaq. SİA-nın verdiyi xəbərə görə, dekabrın 28-də olacaq tamaşa Moskvanın boy kuklaları şousunun repertuarında nümayiş olunacaq. Əyləncəli tamaşa dekabrın 30-dək davam edəcək.
Tamaşada cərəyan edən hadisələr hər bir məhəllədə xeyli sayda ev heyvanının olduğu Nyu-York şəhərində baş verir.
Tamaşanın süjeti belədir: Ev sahibi və ya sahibənin evdən çıxdığı zaman sevimli ev heyvanınızın nə ilə məşğul olduğunu heç fikirləşmisinizmi?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB