Arif Quliyev yeni romantik komediya filmində çəkilib

Arif Quliyev yeni romantik komediya filmində çəkilib

Tammetrajlı romantik komediya janrında ekranlaşdırılan "Nazlı" filminin çəkilişləri davam edir. SİA-nın verdiyi xəbərə görə, ekran əsərin quruluşçu rejissoru Rəhman Rafiqoğludur. Yaxın gələcəkdə ekranlara çıxacaq filmdə xalq artisti Arif Quliyev də rol alıb. Həmçinin, filimdə bir sıra tanınmış və gənc aktyorlar çəkilir.

Qeyd edək ki, filmin ssenari müəllifləri Rəhman Rafiqoğlu və Tural Fitat, quruluşçu operator Əli Sultanov, baş prodüseri Murad Məhərrəmlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə