Marneulidə “One Caucasus -2016” beynəlxalq festivalı keçiriləcək
Gürcüstanın Marneuli rayonunun Tserakvi kəndində avqustun 25-dən 28-dək "One Caucasus-2016" ("Vahid Qafqaz") festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, builki festivalda Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan, Misir, Hindistan, Fransa, Polşa, Rusiya, Ukrayna da daxil olmaqla 15-dən çox ölkədən qonaqlar iştirak edəcək.
Artıq 3 ildir ki, festival yerli bələdiyyənin dəstəyi ilə Marneuli rayonunda baş tutur. Festivalın əsas məqsədi bütün müxtəlif ölkələrin gəncləri üçün görüş yeri və yaradıcı mühit yaratmaqdır. "One Caucasus" dünyanın dörd bir yanından gəlmiş musiqiçilər, rəssamlar, animatorlar, memarlar və könüllüləri bir araya gətirir. Bundan əlavə, festival qeyri-rəsmi təhsil yolu ilə rayonun yerli əhalisi ilə aktiv işləyir və Marneulidə, eləcə də digər bölgələrdə vətəndaş büdcəsinin inkişafını dəstəkləyir.
Festivala giriş sərbəstdir.
Festival barədə daha ətraflı məlumat www.OneCaucasus.org, www.facebook.com/onecaucasus, www.youtube.com/onecaucasus -dan əldə oxumaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB