Bakıda rusiyalı rəssam Olya Kroytorun sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq. SİA-nın məlumatına görə, məşhur fırça ustasının əsərləri "Kiçik QalArt" qalereyasında sərgilənəcək. Sərgidə rəssamın müxtəlif mövzulara həsr olunmuş müasir janrlı sənət əsərləri nümayiş olunacaq. Xanım O.Kroytorun əsərləri onun şəxsi təəssüratları, duyğuları və qorxularının ardıcıl tədqiqatıdır. Parçalanma, ölüm və özgəlik mövzuları rəssam üçün əslində, fasiləsiz davam edən prosesin bir hissəsini təşkil edən ömür axını mənasını kəsb edir.
Qeyd edək ki, fırça ustasının əsərlərindən ibarət sərgi ötən il də Bakıda açılıb və üç ay davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB