Sabirabadda “Qarpız festivalı” keçirilib FOTOLAR

Sabirabadda “Qarpız festivalı” keçirilib FOTOLAR

19 avqust 2016-cı il tarixində Sabirabad rayonu Heydər Əliyev adına istirahət parkında Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər fondunun dəstəyi ilə "Qarpız festivalı" keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə tərəfdaş qurum olaraq Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Gənclər və İdman Nazirliyinin Sabirabad rayon gənclər və idman idarəsi, Sabirabad rayon İcra Hakimiyyəti iştirak ediblər.

Qeyd edək ki, fərdi layihənin müəllifi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı Nadir Məmmədovdur.

Festivalda qarpız üzərində "Bədii oyma sənəti"ndən bəzi nümunələr, qarpızdan hazırlanmış 20 növ təamın (qarpız mürəbbəsi,qarpız kompotu, qarpız turşusu, qarpız şərbəti, qarpızdan hazırlanan tort, qarpızdan hazırlanan cem, qarpızdan hazırlanan keks, qarpız dondurması, qarpızdan hazırlanmış qəlyan, qarpız kababı, qarpız konservi, qarpızdan hazırlanan kokteyllər, qarpız şirəsi, qarpız salatı, qarpız, pendir və təndir çörəyi, qarpız sendviçi, qarpızdan çəkilmiş araq, qarpızlı soyuq çay, qarpız dadlandırıcılı saqqız, qurudulmuş qarpız tumlarından dəmlənmiş isti çay) sərgilənməsi, Məhəmməd Füzulinin "Meyvələrin Söhbəti" adlı əsərindən kiçik səhnəciyin nümayişi, pəhlivanların başla qarpız sındırma rekordu (Həşimxanlı kənd klubunun pəhlivanları), qarpız tortunun kəsilməsi, konsert proqramı, atəşfəşanlıq və qonaqlar üçün bayram ziyafəti təşkil edilib.

Belə ki, axşam saatlarda keçiriləcək festival, bütün iştirakçılara əyləncəli anlar, xoş təəsürat və müsbət emosiyalar bağışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə