Uşaqların gözü ilə ideal cəmiyyət FOTOLAR

Uşaqların gözü ilə ideal cəmiyyət FOTOLAR

"YARAT" Müasir İncəsənət Mərkəzində "Mən də sənin kimiyəm" adlı sosial layihə həyata keçirilib. SİA-nın verdiyi xəbərə görə, "YARAT" Müasir İncəsənət Mərkəzi, "Muğan" Bank, "CBC" televiziya kanalı, "İnkişaf Zamanı" Proqramı və Konstitusiya Araşdırmalar Fondunun birgə tərəfdaşlığı ilə reallaşdırılan layihə çərçivəsində iştirakçılar görmək istədikləri ideal cəmiyyəti hər hansı bir incəsənət nümunəsi üzərində əks etdiriblər. Hazırlanan nümunələr sərgidə nümayiş olunacaq.

Sosial layihəsi fiziki qüsurlu uşaqlarla sağlam uşaqlar arasında əməkdaşlığı inkişaf etdirmək, onları cəmiyyətə qazandırmaq məqsədilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə