Məşhur türk müğənnisi İbrahim Tatlısəs məhkəməyə müraciət edəcək. Axar.az xəbər verir ki, bu haqda müğənninin vəkili açıqlama verib. Vəkil Tatlısəsin haqqında çıxan şayiələrə, yanlış xəbərlərə görə məhkəməyə müraciət edəcəyini bildirib. Onun sözlərinə görə, sənətçi köməkçisi Damla Buketlə evlənəcəyi və keçmiş həyat yoldaşı Ayşəgül Yıldıza təzminat ödəməməsi ilə bağlı yayılan xəbərlərə görə çox məyus olub. Vəkil bildirib ki, əgər bir də belə hal yaşanarsa, müğənni onun haqqında yalan məlumat yayan şəxsləri məhkəməyə verəcək.
Xatırladaq ki, İbrahim Tatlısəsin keçmiş köməkçisi Damla Buket Çakıcı ilə evlənəcəyi iddiası onun keçmiş həyat yoldaşlarının - Ayşəgül Yıldız və Dərya Tunanın sərt reaksiyasına səbəb olub. Onlar sosial şəbəkədə müğənniyə ismarış göndəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB