Balacalara xoş xəbər

Azərbaycan, Gürcüstan və Rusiya sənətçilərinin birgə layihəsi əsasında "Buzlar diyarı" və "Patrul köpəklər" adlı iki yeni uşaq tamaşası hazırlanır. SİA-nın verdiyi xəbərə görə, hər iki tamaşa Azərbaycan və rus dillərində nümayiş olunacaq. "Buzlar diyarı" tamaşasının premyerası oktyabrın 22-də, "Patrul köpəklər" tamaşasının premyerası isə oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.

Qeyd edək ki, ən son səhnə texnologiyalarından və müasir audiovizual vasitələrdən istifadə etməklə hazırlanan tamaşalarda istifadə olunacaq geyimlər və kuklalar Moskvada yüksək səviyyəli peşəkar geyim rəssamları tərəfindən hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə