“Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016” başa çatıb FOTOLAR

“Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016” başa çatıb FOTOLAR

"Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016" başa çatıb. SİA-nın verdiyi xəbərə görə, iyulun 15-dən başlayan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli 11 illik musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş "Aysel-Buta" Folklor qrupunun üzvləri təmsil edir.

Xatırladaq ki, iyulun 30-da Tayvanda festival çərçivəsində Azərbaycan günü keçirilib. Azərbaycanın xalq çalğı alətlərində muğamlarımız və "Aysel-Buta" Folklor qrupunun çıxışları, milli rəqsələrimiz tamaşaçıların böyük marağına səbəb olub.

Həmçinin, festival çərçivəsində Azərbaycan mətbəxi günü keçirilib. Festival iştirakçıları və qonaqları Azərbaycan xalqının zəngin kulinariya mədəniyyəti ilə yaxından tanış olublar.

Ölkəmizin nümayəndələrinə Tayvanın mədəni həyatı ilə tanış olması məqsədilə yerli ekskursiyalar və qrup gəzintiləri kimi bir sıra mədəni tədbirlər təşkil olunub.

Bağlanış konsertində festivalda çıxış edən bütün ölkələrin kollektivləri konsertdə Tayvan mədəniyyəti və incəsənətinə xas olan nümunələri rəqslərlə nümayiş ediblər.

Sonda hər bir ölkənin nümayəndələri ürək sözlərini bildirərək, öz milli rəqs paltarları ilə yürüşə çıxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə