Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Macarıstan Dövlət Katibinin müavini Peter Szilaqi qəbul edib. SİA-nın verdiyi xəbərə görə, görüş zamanı mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq, o cümlədən mədəniyyətlərarası dialoq və multikultural cəmiyyətdə birgəyaşayış məsələləri müzakirə olunub.
Cənab Szilaqi bildirib ki, ölkələrimiz arasındakı möhkəm siyasi əlaqələrin əsaslarından biri də ortaq tarixi bağların mövcudluğudur.
Nazir müavini N.Səmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş və uğurla həyata keçirilən "Bakı Prosesi", eləcə də hər iki ildən bir Bakı şəhərində təşkil olunan və bir çox ölkənin yüksək səviyyəli dövlət rəsmilərini, ekspert və media nümayəndələrini bir araya gətirən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları haqqında danışıb.
Azərbaycanda güclü multikulturalizm əsaslarının olduğunu qeyd edən cənab Szilaqi Heydər Əliyev Fondunun Macarıstandakı fəaliyyəti haqda müsbət fikirlərini bölüşüb.
Turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti barədə fikir mübadiləsi aparan görüş iştirakçıları tərəfindən sözügedən sahədə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
P.Szilaqi səmimi qəbula görə Nazir müavininə öz minnətdarlığını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB