İranda fəaliyyət göstərən turizm agentliklərinə Türkiyəyə qoyulmuş səyahət qadağası ləğv edilib. Türkiyə KİV-lərinin məlumatına görə, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı tətbiq edilən bu qadağa İran vətəndaşlarının təhlükəsizliyi üçün nəzərdə tutulmuşdu.
Turizm sahəsində əlaqələrin bərpası barədə razılıq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avqustun 13-də Türkiyəyə səfəri zamanı əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB