YARAT-da Əməkdar Artist Cabir İmanovla görüş keçiriləcək

YARAT-da Əməkdar Artist Cabir İmanovla görüş keçiriləcək

Avqustun 25-də YARAT Müasir İncəsənət Məkanında Əməkdar Artist Cabir İmanovla görüş keçiriləcək. YARAT Müasir İncəsənət Məkanının "facebook"dakı səhifəsi bildirir ki, görüş "Weekly Talk" layihəsi çərçivəsində baş tutacaq.

Görüşdə kino və mədəniyyət sahəsinə dair bir sıra maraq doğuran məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, aktyor indiyədək "Qorxma, mən səninləyəm! 1919", "Məşədi İbad 94", "Qraf Krestovski" , "Məhəllə 2", "Etimad telefonu", "Bir anın həqiqəti", "Tam məxfi" və başqa filmlərə çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə