Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan "Tour A Vent" şirkətinin təşkilatçılığı ilə "Moskovskiy Komsomolets" qəzetinin kommersiya şöbəsinin yubileyi münasibətilə bir qrup nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub.
Nazirlikdən SİA-ya verilən məlumata əsasən, səfər çərçivəsində qonaqlar üçün paytaxt Bakıda ekskursiyalar təşkil olunub. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna səfər edən qonaqlar Şirvanşahlar sarayı, Qız Qalası və Karvansaraya baş çəkiblər.
Qonaqlar yerli mətbəxin növbənöv təamları ilə tanış olublar. Həmçinin, çimərlik mövsümü ilə bağlı dənizkənarı gəzintilərə də üstünlük verilib.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB