Rəqqasələrimiz qızıl medala layiq görülüblər FOTO

Rəqqasələrimiz qızıl medala layiq görülüblər FOTO

Belarusiya Respublikasının Minsk şəhərində Beynalxalq festival keçirilir. SİA-nın verdiyi xəbərə görə, Beynalxalq festivalda çərçivəsində Əlil arabasında idman rəqsi üzrə və Bouling idman növü üzrə yarışlar keçiriləcək və həmçinin yarış iştrakçıları paraşutla 3500 metr hündürlükdən tullanacaqlar. Bu gün festivala start verilib və festivalın ilk günündə əlil arabasında idman rəqsi üzrə ölkəmizi təmsil edən idmançılarımız Vüsalə Kərimova və Fərid Mehtiyev "Kombi latin" və "Kombi fristayl" proqramında çıxış ediblər və hər iki çıxışda yüksək nəticələr göstərərək qızıl medala layiq görülüblər.

Qeyd edəkki, festivalın ikinci günündə idmançılarımız Azadə Abdullayeva, Vüsalə Kərimova və Bahar Şıxıyeva "Barovaya" aero-idman klubunda paraşutla 3500 metr hündürlükdən tullanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə