Nəsimi məktəblilərinin muzeylərə ekskursiyası davam edir FOTO

Nəsimi məktəblilərinin muzeylərə ekskursiyası davam edir FOTO

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 200 nəfər rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən muzeylərə ekskursiyaları davam edir. SİA-nın verdiyi xəbərə görə, məktəblilərin ilk öncə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ekskursiyası təşkil olunub. Daha sonra məktəblilər Azərbaycan İstiqlal Muzeyinində də ekskursiyaya davam ediblər. Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyində məktəblilərə muzeyin əsas məqsədi və vəzifələri izah olunub.

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində, Azərbaycan İstiqlal Muzeyində və Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyində nümayiş olunan eksponatlar və tarixi materiallar məktəblilərin marağına səbəb olub. Keçirilən tədbir − muzeylərə ekskursiya məktəblilərin yaddaşında xoş izlər buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə