İstirahətə gələnlərdən nikah haqqında şəhadətnamə istəyənlərin NƏZƏRİNƏ
Hazırda yay mövsümü olduğu üçün vətəndaşlarımız dincəlmək məqsədi ilə istirahət mərkəzlərinə üz tuturlar. Amma bəzi məqamlarda istəklərinə nail ola bilmirlər. Əksinə xoşagəlməz hallarla rastlaşırlar. Belə ki, bir çox istirahət obyektlərinin nümayəndələri dincəlməyə gələn ailədən və ya qohumu ilə istirahət etmək istəyən insanlardan nikah haqqında şəhadətnamə tələb edirlər. Bu hal cəmiyyət arasında böyük narazılıqlara səbəb olur.
SİA-ya məsələ ilə bağlı hüquq tərəfini aydınlaşdırıb. Bu barədə hüquqşünas Səməd Vəkilov fikirlərini bildirib: "Bu hal qətiyyən qanunvericilikdə yolverilməzdir. Bəlkə kimsə istirahət mərkəzində qohumu ilə dincəlmək istəyir. Əgər hansısa otel və digər məkanların nümayəndəsi vətəndaşdan nikah haqqında şəhadətnamə istəyirsə, birbaşa şəxsi həyata müdaxilə deməkdir. Qanunvericilikdə həmin insanlara qarşı əfsuslar olsun ki, heç bir cəza tətbiq olunmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB