Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2007-ci ildə Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin özünəməxsus coğrafi mövqeyinin və unikal memarlıq görkəminin qorunub saxlanılması və mühafizəsinin təmin edilməsi məqsədilə Xınalıq tarixi ərazisi "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilib. SİA-nın verdiyi xəbərə görə, qoruq yaradılandan sonra nazirlik tərəfindən təxirəsalınmaz tədbirlər ğörülərək ciddi qəza vəziyyətində olan abidələrdə və 94 abidə-evin dam örtüyü bərpa edilib. Son illər mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə aparılan elmi-tədqiqat işləri və arxeoloji qazıntılar nəticəsində qoruğun ərazisində bir çox yeni abidələr aşkar edilib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Xınalıq tarix-mədəniyyət və etnoqrafiya qoruğunu ziyarət etmiş və qoruğun fəaliyyəti ilə yaxından tanış olub.
İlk öncə Xınalıq arxeoloyi ekspedisiyası tərəfindən aparılan qazıntı işləri ilə tanış olmuş və tapıntılar haqqında ekspedisiyanın rəisi arxeoloq İdris Əliyev tərəfindən geniş məlumat alıb.
Səfər zamanı V.Əliyev IX-X əsrlərə aid Əbu Müslüm və XVI əsrə aid Xıdır Nəbi məscidlərində aparılan bərpa işləri ilə tanış olub. Daha sonra abidə-evlərə baxarkən mövcud olan problemlərlə maraqlanıb.
Xınalığın qədim dövründən qalmış arxeoloji və etnoqtafik materiallar, o cümlədən kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr saxlanılan muzeylə tanış olarkən, V.Əliyev burada saxlanılan XV-XIX əsrlərə aid kitabların oxunması, öyrənilməsi və qorunması ilə bağlı bir sıra təkliflər verib.
Nazirin birinci müavini V.Əliyev qoruğun əməkdaşları ilə yanaşı, kənd nümayəndələri, ağsaqqallar və gənclər ilə görüşüb. Qədim Xınalıqda yayılmış müxtəlif sənətkarlıq növlərinin yaşadılması, tarixən formalaşmış toxuculuq və xalcacılıq sənətinin qorunması ilə bağlı da fikirlər söylənilib. Eyni zamanda, kənd məhsullarının suvenir kimi turistlərə satışı ənənəsinin bərpası onların istehsalının inkişafının stimullaşdırılması üçün xidmət edəcəyi qeyd edilib.

(1).jpeg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB