Zaqatala rayon Dədə Qorqud meydanında Mərkəzi kitabxananın təşkil etdiyi "Dilimiz mənəvi sərvətimizdir" adlı tematik gecə keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə RİH-nin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin məsul işçisi Elçin Abdullayev, Zaqatala Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva, filologiya elmləri üzrə fəlsəfə doktoru Həşim İsmayılov, kitabxana işçiləri, məktəb şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Zaqatala MKS-nin direktoru Gülniyar Məmmədova açıb.
Daha sonra "Heydər Əliyev və Azərbaycan dili" adlı məruzə ilə kitabxananın direktor müavini Zeynəb Qocayeva, "C.Məmmədquluzadə və ana dili" adlı məruzə ilə baş kitabxanaçı Gülmə Balaxlinski, "Dilimiz mənəvi sərvətimizdir" adlı məruzə ilə şöbə müdiri Leyla Mustafayeva, "Ana dilimizi qoruyaq" adlı məruzə ilə şöbə müdiri Nəzmiyyət Məmmədova, "Azərbaycan dili haqqında ədəbiyyatla kitabxanaların təmini və tətbiqi adlı məruzə ilə şöbə müdiri Xalidə Qardaşova çıxış ediblər. Filologiya elmləri üzrə fəlsəfə doktoru Həşim İsmayılov Ana dilinin gözəlliyi, səlisliyi, bu günün qeyd olunma tarixi haqqında ətraflı məlumat verib.
Sonra oxucuların ifasında Ana dili ilə bağlı ədəbi-bədii kompozisiya səsləndirilib. Sonda çıxış edən Zaqatala Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva tədbirin təşkilatçılarına və qonaqlara təşəkkür edib, dilimizin inkişafı, qorunması və təbliği sahəsində vətəndaşlıq borcumuzdan danışıb.
Tədbir meydanda istirahət edən insanların da böyük marağına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB